Daha 8 kənd işğaldan azad edilib
02.11.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bunu “Tvitter” paylaşımında bildirib.











