Litvanın Səhiyyə Nazirliyi səyahət üçün tövsiyə olunmayan ölkə adlarını açıqlayıb
13.03.2020Litvanın Səhiyyə Nazirliyi səyahət üçün tövsiyə olunmayan ölkələr siyahısını tərtib edib.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, Çin, Honkonq, İran, Yaponiya, Cənubi Koreya, Sinqapur, Almaniya, Fransa, İspaniya və İtaliya ölkə vətəndaşlarının səyahəti üçün təhlükəli hesab olunur. Bu ölkələrə səyahət nazirlik tərəfindən müvəqqəti olaraq tövsiyə olunmur.
Qeyd edək ki, Litvada virusa daha çox məruz qalmış xarici ölkələrdən qayıdan 5,5 mindən çox insan nəzarət altına alınıb.









