Lənkəran Təcrübə Stansiyasında pomidor toxumunun səpininə başlanılıb
13.03.2020Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Təcrübə Stansiyası uzun illərdir ki, cənub bölgəsində toxumçuluğun inkişaf etdirilməsi, fermerləri və torpaq mülkiyyətçilərini elit toxumlarla təmin etmək məqsədilə elmi-tədqiqat işləri aparır. İndiyədək müəssisədə 20-yə yaxın elit növ toxumlar yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür Lənkəran Təcrübə Stansiyasında pomidor toxumunun səpininə başlanılıb. Səpində məqsəd seleksiya işləri aparmaq və fermerləri sertifikatlı toxumlarla təmin etməkdir.
Yaz-tarla işlərinə hazırlıq məqsədilə Təcrübə Stansiyasında istixanalara 1 hektar sarımsaq, 1 hektar kələm, 1 hektar soğan toxumu səpilib. 7 hektar sahədə isə toxumluq əkin aparmaq məqsədilə istixanalara pomidor toxumu səpilib. Toxumların səpilməsi ənənəvi olaraq əl əməyi ilə görülür.
Rayonda yaz əkin kampaniyasına hava şəraitindən asılı olaraq aprelin 20-25-də başlanması nəzərdə tutulub.









