Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

03.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Pakistan səfiri “Twitter”də bildirib.

Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.

“COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam”, – deyə səfir qeyd edib.

Share