Ağrı dağının Ermənistan tərəfində bayrağımız əks olunacaq
03.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Son günlər sosial şəbəkədə azərbaycanlı istifadəçilərin fotoşopla hazırladığı Ağrı dağının Ermənistandan görünən zirvəsinin Azərbaycan-Türkiyə bayraqları ilə işıqlandırıldığı şəkillər yayımlanır.
Ağrının bələdiyyə sədri Savcı Sayan bunla bağlı paylaşım edib. O bildirib ki, bu görüntüləri gerçəkləşdirməyə çalışırlar.
“Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan tərəfindən bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar” deyə, o paylaşımında qeyd edib.












