Yoluxma niyə artır? –  Harada səhv edirik?

Yoluxma niyə artır? – Harada səhv edirik?

03.11.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Adətən üç məsələdə ciddi səhvə yol veririk: ünsiyyət, sosial məsafə və maskadan istifadə…”

Axşam.az “Lent.az”-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl koronavirusa yoluxma sayının artması səbəblərindən danışarkən bildirib.

O, sonra əlavə edib:

“Bunlar çox vacibdir. İctimai nəqliyyatda, əhalinin ən sıx olduğu yerlərdə maska taxmaq yoluxma sayını onlarla dəfə azalda bilər.”

Həkim əllərin vaxtaşırı təmiz yuyulmasının da vacibliyindən danışıb:

“Səhiyyə sistemimiz öz işini görür, amma insanlar da öz həyatlarını qorumağa çalışmalıdır.”

Share