Aznetdə fişinq hücumlarının sayı kəskin artıb

Aznetdə fişinq hücumlarının sayı kəskin artıb

04.11.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin oktyabr ayında Azərbaycanın “.az” domenində olan saytların hər 58-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

“APA-Economis”in “Netcraft” analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 621-i fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 1,7%-nı təşkil edir. Bu göstərici üzrə son bir ay ərzində 88,2% artım müşahidə olunub.

Qeyd edək ki, bu günə “.az” domenində 36 mindən çox sayt qeydiyyatdan keçib.

“Netcraft”ın məlumatına görə, Ukraynada hər 232, Rusiyada – 74, Belarusda – 673, Latviyada – 80, Litvada – 88, Estoniyada – 76, Qazaxıstanda – 769, Özbəkistanda – 445, Tacikistanda – 33, Qırğızıstanda – 339, Gürcüstanda – 195, Ermənistanda isə 242 sayta bir uğurlu fişinq hücumu düşüb.

Share