"Müharibənin öz qanunları var, itkilər olmalıdır" – Xalq artisti
04.11.2020“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,
Xalq artisti İlqar Muradov müğənni Roza Zərgərlinin “Bakı vaxtı ilə” proqramının qonağı olub.
ifaçı Ordumuzun işğal altında olan torpaqları azad etməsindən danışıb.
“Səbirli olaq, qələbəyə bir neçə addım qalıb. Şəhid ailələrinə başsağlığı verirəm. Müharibənin öz qanunları, çətinlikləri var. İtkilər olmalıdır. Vətən müharibəsi aparırıq, qalib də gələcəyik” deyə, İ.Muradov söyləyib.











