Türkiyədə son sutkada koronavirusdan ölüm sayı 135-i keçib
21.11.2020
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 135 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı ölkədəki son statistikanı açıqlayarkən bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 152 214 şübhəli koronavirus testindən keçib, onlardan 5532-nin cavabı pozitiv çıxıb, 3233 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 370 825 nəfərdir. Ağır xəstə sayı isə 4121 nəfər olub.











