Daşkəsəndə 21 gün əvvəl itkin düşən şəxsin meyiti göldən tapılıb

Daşkəsəndə 21 gün əvvəl itkin düşən şəxsin meyiti göldən tapılıb

21.11.2020 Off By Füzuli İsmayılov

Daşkəsəndə göldə kişi meyiti aşkarlanıb.

APA -nın yerli bürosunun məlumatına görə, rayonun Xoşbulaq kəndində yerləşən göldən meyiti tapılan şəxsin Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Ələddin Firudin oğlu olduğu müəyyənləşib.

Göldən ona məxsus “VAZ 2106” markalı avtomobil də tapılıb. Məlumata görə, mərhum ürək çatışmazlığından əziyyət çəkib. O, bu il oktyabrın 31-də avtomobili ilə birlikdə itkin düşüb. Bununla bağlı polisə məlumat verilib.

Share