Xəyal Məmmədxanlı koronavirusdan vəfat etdi
13.12.2020Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi, uzun illər bank və sığorta sektorunda mühüm vəzifələr tutmuş və bir sıra sığorta şirkətlərinə rəhbərlik etmiş Xəyal Məmmədxanlı vəfat edib.
Hakimiyyet.com bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilir ki, o, bu saatlarda koronavirusdan dünyasını dəyişib.
Bundan əvvəl Xəyal Məmmədxanlının koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu bildirilirdi.
Allah rəhmət eləsin!











