Səlahiyyətini aşanlar 2 min manat cərimələnəcək

Səlahiyyətini aşanlar 2 min manat cərimələnəcək

22.01.2021 Off By Füzuli İsmayılov

Səlahiyyətinə aid edilməmiş inzibati xəta haqqında qərar çıxaran vəzifəli şəxslər 2 min manat cərimələnəcək

İnzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşir.

APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 596.4-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Share