İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq

22.01.2021 Off By Füzuli İsmayılov

Nazirlər Kabineti 2 ay müddətinə İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsini hazırlayacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

– Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

– “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

– Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görəcək;

– “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edəcək.

Həmçinin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

“Hakimiyyet.com”

Share