Azərbaycanda bir gündə 3 ZƏLZƏLƏ OLDU
08.02.2021“Hakimiyyet.com”-a Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə Azərbaycanda bir gündə 3 zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınmışdır.
Zəlzələ hiss olunmayıb. Qeyd edək bundan əvvəl yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə və 08:11-də Qobustan stansiyasından 31 km cənubda Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.











