İranda güclü zəlzələ baş verib
14.03.2021İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.
“Hakimiyyet.com” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.











