Uroş Matiç Türkiyə klublarına təklif olundu
14.03.2021«Qarabağ»ın serbiyalı yarımmüdafiəçisi Uroş Matiç Türkiyə klublarına təklif olunub.
Ağdam klubunun ötən yay «Kopenhagen»dən transfer hüququnu aldığı legioner Super Liqa təmsilçilərindən «Hatayspor»un maraq dairəsinə düşüb. Balkanlı futbolçu Azərbaycan çempionu ilə mövsümlərarası fasilədə 2+1 illik müqavilə imzalayıb. 30 yaşlı orta sahə oyunçusu əsas heyətə düşməyə çətinlik çəkir.
Qurban Qurbanov serbiyalının üstündən birdəfəlik xətt çəkib. Matiç komandanın dəsti-xəttinə uyğun gəlmir, bu azmış kimi, özü də cəhd göstərmir. Müxtəlif vasitələrlə hiss etdirir ki, burada qalmaq ürəyincə deyil.
Amma bəllidir ki, ayrlıq prosesi bir «salam-sağol»la sürətlənməyəcək. Hər iki tərəfin öz öhdəliyi və şərtləri var.
«Qarabağ» Matiçi kifayət qədər böyük məbləğə transfer edib. Həm Danimarka klubuna, həm də serbiyalının özünə vəsait ödənilib.
“Hakimiyyet.com”











