“KASPAR”DA NƏLƏR BAŞ VERİR- HƏKİMLƏRİN DƏRDİNƏ ÇARƏ TAPILACAQMI?

“KASPAR”DA NƏLƏR BAŞ VERİR- HƏKİMLƏRİN DƏRDİNƏ ÇARƏ TAPILACAQMI?

24.03.2021 Off By Füzuli İsmayılov

Son günlər medianın marağına səbəb olan faktlardan biri də, uzun illərin çək-çevirindən sonra təmirə bağlanan, əvvəllər Xəzər Dəniz Gəmiçiliyinin tabeliyində olan və dənizçilərə göstərdiyi nümunəvi xidməti, savadlı həkim personalıyla tanınan məşhur “KASPAR” xəstəxanasının indiki taleyidir. Əldə etdiyimiz məlumata görə bu xəstəxananı Dövlət Gömrük Komitəsi alıb və təmir işləri gedir. Burada çalışan çoxlu sayda tibb işçisi əsasən Dövlət Gömrük Komitəsinin hospitalında işlə təmin edilmişdir. COVİD-19-la mübarizəyə cəlb edilən həkimlər hospitalda geçə-gündüz xəstələrə fədakarcasına xidmət göstərmişlər. Əldə etdiyimiz məlumata əsasən, TƏBİB burada çalışan həkimlərin əlavə əmək haqqını  hələ də verməyib.

Doğrudur, bu başqa mövzudur, bu haqda araşdırmalarımız barədə ətraflı oxucularımızı məlumatlandıracağıq.

Əsas məsələ Dövlət Gömrük Komitəsinin rəhbərliyinin, xüsusən də Komitənin sədri Səfər Mehdiyevin həkimlərin aprelin 1-dən könüllü ərizələrini verib işdən çıxmaları, yaxud da, ucqarlara göndərilərək  ekspertiza əməkdaşları kimi fəaliyyətə cəlb edilməsinə göstəriş verməsidir.

Hazırkı şəraitdə az miqdar əmək haqqı ilə təmin edilən bu işçilər baş verənlərə çaşbaş qalıblar. Yeni təmir olunmuş xəstəxanaya əvvəlki işçilər görəsən niyə qaytarılmır? Ölkə rəhbərinin indiki şəraitdə insanları işlərindən uzaqlaşdırılmasına qarşı verdiyi Gömrük Komitəsi sahibkarların narazılığına dair açıqlama veribgöstərişlər, tövsiyyələr görəsən Dövlət Gömrük Komitəsinin rəhbərliyinin, xüsusən də Komitənin sədri Səfər Mehdiyevə aid deyilmi? Yaradılan narazılıqlar, çoxlu sayda həkim personalını işsiz qoymaq nə məqsəd güdür? Bu suallara əlbəttə, bayram günlərindən sonra araşdırmalarımızda cavab tapmağa çalışacağıq.

 

 

Füzuli Əfqanoğlu,

“Hakimiyyət” qəzeti

Mövzu davam edir…

Share