Myanmada toqquşmalarda ölənlərin sayı 90-a çatıb
27.03.2021Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlər var. Myanmanın bir neçə şəhərində hökumət əleyhinə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda çoxlu insan təlafatı var.
“Myanmar Now” xəbər portalı bildirib ki, bir gün öncə ölkədə hərbi çevriliş edərək hakimiyyətə gələn qüvvələr nəzarət etdikləri KİV vasitəsi ilə etiraz aksiyalarında iştirak edənlərə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, nümayişlərdə iştirak edən şəxslər “təsadüfən” başlarından güllə yarası ala bilər.
“Səhərin erkən saatlarından başlayaraq gün ərzində 50-dən çox adam nümayişlərdə həlak olub. Yanqon, Baqo, Mandalay şəhərlərində və bu şəhərlərə bitişik bölgələrdə ölüm hadisələri qeydə alınıb”,- portal yazıb.
Bu gün Myanmada Silahlı Qüvvələr Günü qeyd olunur. 2021-ci ilin fevralın 1-də Myanmada hərbi çevriliş olub. Myanma prezidenti Vin Myin və ölkənin hakim “Demokratiya Uğrunda Milli Liqası” partiyasının rəhbəri Aun San Su Çji saxlanılıb.
Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma nəticəsində ölənlərin sayı 89-a çatıb.
BBC-nin verdiyi xəbərə görə, bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat yayıb.
Öldürülənlər arasında uşaqların da olduğu bildirilir. Yerli “Myanmar Now” xəbər portalı öldürülənlərin sayının 90-dan çox olduğunu bildirib.
ABŞ-ın Myanmanın Yanqon şəhərindəki mədəniyyət mərkəzinə də atəş açılıb. ABŞ səfirliyi xəsarət alanların olmadığını bildirib. ABŞ, Britaniya və Aİ rəsmiləri Myanmada baş verənləri qınayıb.
Füzuli Əfqanoğlu,
“Hakimiyyet.com”











