Şeyx Ərdoğana Mübarizlə bağlı məktub yazıbmış

Şeyx Ərdoğana Mübarizlə bağlı məktub yazıbmış

27.03.2021 Off By Füzuli İsmayılov

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı əsl fakt üzə çıxıb.
Türkiyədə olan etibarlı mənbələrdən daxil olan özəl məlumata  görə, Mübariz Mənsimovun azadlığa buraxılmasına səbəb   Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə imiş.

Bütün  Qafqazın  Şeyxi  H.A.Paşazadə  işadamı Mübariz  Mənsimovun azadlığa  buraxılması üçün  Türkiyə  Prezidenti  Rəcəb  Tayyip  Ərdoğana  məktub yazıb. Etibarlı  mənbənin  verdiyi  məlumata  görə, Şeyxin Ərdoğana  yazdığı məktubda  onun azadlığa  buraxılmasını  xahiş  etməsi  əks olunub.

“Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını  nəzərə  alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, -deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

Qeyd  olunan  məktubdan  sonra Mübariz  Mənsimov  azadlığa  buraxılıb. Mənbənin bildirdiyinə  görə, Mübariz  Mənsimovun  azadlığa  buraxılmasında  Şeyxin Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında  xüsusi  nüfuza  və  hörmətə  sahib  olmasının  mühüm  rolu  olub.
Qeyd edək ki, sözügedən məktubu  Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.
Yalnız Şeyxin deyil, digər nüfuzlu dini rəhbərlərin – Melih Yevdayevin və Feketenin, Arxiyepiskop Aleksandrın məktubu imzalanmasının əsas səbəbi də şübhəsiz ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yüksək nüfuzu, Şeyxə olan yüksək ehtiramdır. /Oxu24.com

Füzuli Əfqanoğlu,

“Hakimiyyet.com”

Share