Prezident AZAL və “Azərbaycan Dəmir Yolları”nın işinə nəzarəti bu nazirə tapşırdı

Prezident AZAL və “Azərbaycan Dəmir Yolları”nın işinə nəzarəti bu nazirə tapşırdı

30.03.2021 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibini təsdiq edib.

“Hakimiyyet.com” xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

Share