“Qərbdən Şərqə gedən ox – Turan iqtisadi Birliyi yaranır”
30.03.2021Martın 22-də Özbəkistanın Termiz poliqonunda Türkiyə-Özbbəkistan hərbçilərinin birgə təlimləri başlayıb. Təlimlər ikitərəfli hərbi əməkdaşlıq planına uyğun həyata keçirilib və dünən başa çatıb. İki ölkənin silahlı qüvvələri təlimlər çərçivəsində yaxın döyüş, çətin şəraitdə sağ qalma və digər elementləri məşq edirlər.
Bu son zamanlar türk xalqlarının dövlətləri arasında yaranan isti xəbərlərin daha bir nümunəsidir. Bundan öncə Türkmənistanla Azərbaycan arasında buzların əriməsi, daha sonra Azərbaycanla Qazaxıstan. Qazaxıstanla Türkiyə və son olaraq Türkiyə ilə Özbəkistan arasında yaranmış hərəkətlilik türk dünyasının qar altından yenidən baş qaldırması, böyük Turan ideyasının reallaşdırılması yolunda ilk addım kimi də dəyərləndirilə bilər. Siyasi şərhçi Turab Rzayev də hesab edir ki, bir zamanlar əfsanə kimi görülən Turan dövləti iqtisadi birlik formasında artıq yaranıb.











