Türkiyənin sabiq Baş naziri vəfat edib

Türkiyənin sabiq Baş naziri vəfat edib

14.04.2021 Off By Füzuli İsmayılov

Türkiyənin sabiq Baş naziri Yıldırım Akbulut 86 yaşında vəfat edib. 1984-cü il oktyabrın 26-dan 1987-ci il sentyabrın 6-dək Türkiyənin daxili işlər naziri işləyən Y. Akbulut 1987-ci ildən 1989-cu ilə qədər Türkiyə Böyük Millət Məclisinin sədri olub.

Fəaliyyətini 1988-1991-ci illər arasında Turqut Özalın Prezidentliyi dövründə Türkiyənin Baş naziri olaraq davam etdirib.

Y. Akbulut müalicə aldığı Ankara Universiteti Tibb fakültəsi xəstəxanasında dünyasını dəyişib.

“Hakimiyyet.com”

Share