QALMAQAL-İran Portuqaliyaya etiraz notası təqdim edib
14.04.2021Portuqaliyanın İrandakı səfiri Karlos Kosta Neves bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Avropa İttifaqının insan hüquqlarının pozulmasını əsas gətirərək, İranın 8 rəsmi şəxsinə və 3 təşkilatına qarşı tətbiq etdiyi sanksiya kəskin etirazla qarşılanıb.
Portuqaliya Avropa İttifaqına sədrlik etdiyi üçün məhz bu dövlətin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin nəzərinə çatdırılıb ki, sanksiyalar siyasi xarakter daşıyır və qərəzlidir. Bu səbəbdən də rəsmi Tehran beynəlxalq terrorçuluğa, narkotik qaçaqmalçılığına və qanunsuz miqrasiyaya qarşı mübarizədə Avropa İttifaqı ilə əməkdaşlığı dayandırır.
Səfir İranın etirazının Brüsselə çatdıracağını bildirib.
“Hakimiyyet.com”











