Cəlilabadda YPX hərəkətə keçdi…
18.04.2021Son vaxtlar ekoloji təmizliyə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq müxtəlif sahələrdə atmosferə atılan çirkli tullantılara, qazlara qarşı birgə mübarizə Dövlət Yol Polisinin də fəal hərəkətə keçməsinə ehtiyac yaradıb. Bu baxımdan Cəlilabadda keçirilən reyd zamanı saxlanılan çoxsaylı avtomobillər xüsusi qurğular vasitəsilə yerindəcə yoxlanılaraq texniki baxışdan keçirilmiş, bir sıra avtomobillərdə atmosferə buraxılan çirkli qazların normadan yuxarı olması müəyyən olunmuşdur.
Reyd zamanı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən 20 -yə yaxın avtomobilin sahiblərinə müvafiq qaydada protokollar tərtib edilmiş, aidiyyatı üzrə sürücülər məlumatlandırılmışdır. YPX rəhbərliyi əməkdaşımıza bildirib ki, belə reydlər mütəmadi olaraq davamlı formada keçiriləcək.
Qeyd edək ki, qarşıdan yay aylarının gəlişi və insanların daha da çox avtomobillərdən istifadə etməsi bu sahədə nəzarətin gücləndirilməsinə böyük ehtiyac yaradır. Belə reydlər nasaz avtomobillərin istifadəsini məhdudlaşdırmaqlq, bqş verən avtoqəzaların da qarşısını alır.
Rəşad Əkbəroğlu,
“Hakimiyyət” qəzetinin bölgə müxbiri











