AZƏRROS RUSİYADA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

AZƏRROS RUSİYADA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

19.04.2021 Off By Füzuli İsmayılov

Aprelin 16-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan – Rusiya Dostluq Cəmiyyətinin- AZƏRROS-un yeni seçilmiş prezidenti, Moskva vilayətinin Ximki şəhərinin deputatı Xanoğlan Əliyevin “Rusiya Xalqlar Evi”nin direktoru Andrey Nikolayeviç Berezinlə görüş keçirilib. Bu görüş Ximki şəhərində Xanoğlan Əliyevin təşəbbüs və köməkliyi ilə akademik Qruşin küçəsi, ev 4-ünvanında açılmış Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur.

“Azərbaycan Evi” kimi tanınan mərkəzdə A.Berezin Azərbaycan mədəniyyətini əks etdirən eksponatlarla tanış olaraq Rusiya prezidenti V. Putinin tapşırığı əsasında Moskva şəhərində Şepkin küçəsi, ev 22- ünvanında yerləşən Rusiya Xalqlar Evində  AZƏRROS -a əvəzsiz olaraq ofis kimi ayrılmış mənzil – qərargahın verilməsi barədə Xanoğlan Əliyevlə saziş imzalamışlar.

Görüş zamanı tərəflər Azərbaycan -Rusiya əlaqələrindən danışmış, ölkələrimiz arasında tarixi bağlantılardan, mədəniyyət, iqtisadiyyat və digər strateji əməkdaşlıqlar, iki dövlət başçısının dostluq münasibətləri xüsusilə qeyd edilmişdir. Bir daha bu əlaqələrin dərinləşməsi, əməkdaşlığın, mədəni bağlantıların gücləndirilməsi sahəsində fəaliyyətin dərinləşdirilməsi vurğulanmışdır. Milli adət-ənənələrə söykənən bu əməkdaşlığın hər iki xalq üçün əhəmiyyətli olacağı və daha da dərinlədirilməsi sahəsində tərəflərin fəaliyyətinin gücləndirilməsi inamı artmaqdadır. A. Berezinlə söhbəti zamanı AZƏRROS-un prezidenti Rusiyanın bütün regionlarında Azərbaycan mədəniyyətinin təbliği, təşviqi sahəsində ikitərəfli fəaliyyətin güclənəcəyini əminliklə bildirmişdir.

Tədbirin sonunda tərəflər biri-birinə ölkələrin mədəniyyətini əks etdirən hədiyyələr təqdim etmişlər.

 

    Füzuli Əfqanoğlu,

   “Hakimiyyət” qəzeti

Share