Rusiyanın səhiyyə naziri Mixail Muraşko Azərbaycana səfər edib

Rusiyanın səhiyyə naziri Mixail Muraşko Azərbaycana səfər edib

06.07.2021 Off By Füzuli İsmayılov
Rusiyalı nazir Azərbaycanın səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevlə birlikdə Fəxri Xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

M. Muraşko akademik Zərifə Əliyevanın da məzarına gül dəstələri düzüb. Daha sonra rusiyalı nazir Şəhidlər xiyabanını ziyarət edib.
M. Muraşko səfər zamanı Bakıda bir sıra görüşlər keçirəcək. İki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənəd imzalanması da nəzərdə tutulur.

 

Share