Tokio-2020-də yenilik: ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq

Tokio-2020-də yenilik: ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq

06.07.2021 Off By Füzuli İsmayılov

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.
Bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək.
Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə “Tokio-2020″də tətbiq edəcəyi yeniliklərdən biridir.
Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov  olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.

“Hakimiyyet.com”

Share