Su kanalında batan yeniyetmənin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib

Su kanalında batan yeniyetmənin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib

22.08.2021 Off By Füzuli İsmayılov

Avqustun 22-da Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan yeniyetmənin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, FHN-in 112 – qaynar telefon xəttinə 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat verilib. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin axtarışlarına cəlb olunub. R.Qasımovun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

“HAKİMİYYET.com”

Share