DİN döyülən Ruslan Muradovun şikayətini araşdırır

DİN döyülən Ruslan Muradovun şikayətini araşdırır

22.08.2021 Off By Füzuli İsmayılov

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, R.Muradovun döyülməsi ilə bağlı polis şöbəsinə özü, yaxud yaxınları tərəfindən hər hansısa bir şikayət xarakterli müraciət daxil olmayıb. Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.

Hazırda həmin müraciət əsasında araşdırma aparılır.

“HAKİMİYYET.com”

Share