Bakıda güclü külək nəticəsində 7 nəfər xəsarət alıb

10.11.2021 Off By Füzuli İsmayılov

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, 3 kişi, 4 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

“HAKİMİYYET.com”

Share