TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib

10.11.2021 Off By Füzuli İsmayılov

Türkiyə Böyük Millət Məclisi (parlament) Türkiyə ordusunun Azərbaycanda qalma mandatının uzadılmasını təsdiq edib.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunub və təsdiqlənib.

Məlumata əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha 1 il uzadılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

 “HAKİMİYYET.com”

Share