Ceyhun Bayramov Stokholma yola düşüb

Ceyhun Bayramov Stokholma yola düşüb

01.12.2021 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də İsveç Krallığına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov səfər çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

“HAKİMİYYƏT” qəzeti

Share