İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib

29.12.2021 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.

“HAKİMİYYƏT” qəzeti

Share