İspaniyada barda baş verən partlayış nəticəsində iki nəfər ölüb

29.12.2021 Off By Füzuli İsmayılov

İspaniyanın paytaxtı Madrid yaxınlığında barda partlayış baş verib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub.

İnsidend paytaxın Parla yaşayış məntəqəsində baş verib. İlkin məlumata görə, partlayış barın mətbəxində baş verib. Hadisə zamanı məkan ziyarətçilər üçün bağlı olub.

Partlayışın başvermə səbəbləri araşdırılır.

“HAKİMİYYƏT” qəzeti

Share