HƏRBİ QULLUQÇUMUZ KƏLBƏCƏRDƏ MİNAYA DÜŞDÜ

HƏRBİ QULLUQÇUMUZ KƏLBƏCƏRDƏ MİNAYA DÜŞDÜ

02.01.2022 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətinin Hakimiyyet.info.az-a verdiyi məlumatda bildirilir ki, yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.
Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

“HAKİMİYYƏT” qəzeti

Share