Baş Prokurorluğun əməkdaşları  Firudin Məmmədovu ziyarət etdi

Baş Prokurorluğun əməkdaşları Firudin Məmmədovu ziyarət etdi

03.01.2022 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun əməkdaşları prokurorluq orqanlarının veteranı Firudin Məmmədovu ziyarət etmişlər.

Yanvarın 2-də Baş Prokurorluğun əməkdaşları uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş Firudin Məmmədovun 85 illik yubileyi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə onun yaşadığı mənzilə gələrək Baş Prokurorluğun rəhbərliyi adından yubilyarı təbrik etmiş, ona uzun ömür, möhkəm cansağlığı arzulamışlar.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanmaqla qurumun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılmışdır. Təbriklərə görə təşəkkürünü bildirən Firudin Məmmədov uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.

“HAKİMİYYƏT” qəzeti

Share