Qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirilir

Qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirilir

12.01.2022 Off By Füzuli İsmayılov

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“HAKİMİYYƏT” qəzeti

Share