Kraliça II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı uçuşa qadağan zona elan edilib

Kraliça II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı uçuşa qadağan zona elan edilib

12.01.2022 Off By Füzuli İsmayılov

Böyük Britaniya kraliçası II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı təhlükəsizlik səbəbi ilə uçuşa qadağan zona elan edilib.

Hakimiyyet.info.az bildirir ki, yanvarın 27-dən təyyarə və dronların Vindzor qəsri üzərindən 2500 fut yüksəklikdən uçması qadağan olunacaq. Görülən təhlükəsizlik tədbirlərinə görə, qala divarlarından 1,4 mil məsafədə uçmağın cinayət sayılacağı, qayda pozuntusu halında əraziyə daxil olan və xəbərdarlığa cavab verməyən təyyarələrə müdaxilə ediləcəyi, qalanı qoruyan polis qruplarının qeyri-qanuni pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək səlahiyyətinin daha çox olacağı bildirilib.

Britaniya Mülki Aviasiya Qurumu qadağanın ictimai maraqlara uyğun olduğunu, qərarın yerinə yetirilib-yetirilmədiyini hava nəqliyyatına nəzarət orqanlarının həyata keçirəcəyini bildirilib. Qeyd edək ki, qərar ötən ilin dekabrında silahlı şəxsin kraliçanın yeni ili qarşıladığı Vindzor qəsri ərazisinə daxil olmasından sonra verilib./AZƏRTAC

“HAKİMİYYƏT” qəzeti

Share