Rusiyada “omikron” ştammını aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb

Rusiyada “omikron” ştammını aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb

12.01.2022 Off By Füzuli İsmayılov

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi tərəfindən hazırlanmış koronavirusun “omikron” ştammının aşkarlanması üçün test sistemi qeydiyyata alınıb.

Bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər. Məlumatda qeyd olunub: “Rusiyada COVID-19-un “omikron” ştammının aşkarlanması üçün ilk test sistemi qeydiyyata alınıb”.

Bildirilib ki, test sistemi yüksək həssaslıqla “omikron” və “delta” variantlarını aşkarlamağa, eləcə də onları bir saat yarım ərzində fərqləndirməyə imkan verir./Trend

“HAKİMİYYƏT” qəzeti

Share