Təyyarə qəzasında çoxlu sayda ölü var

29.03.2020 Off By Füzuli İsmayılov

Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında təyyarə qəzaya uğrayıb.

Hakimiyyet.com xarici mənbələrə istinadən xəbər verir ki, Yaponiya marşrutu üzrə uçan avialayner havaya qalxarkən alışıb. Nəticədə təyyarədə olan 8 nəfərin hamısı həyatını itirib.

Yerli dairələrin məlumatına görə, təyyarə koronavirus səbəbiylə Yaponiyaya tibbi ləvazimatların daşınması üçün hökumət tərəfindən icarəyə götürülüb. Bəzi mənbələr isə yazır ki, təyyarədəki sərnişinlər koronavirus xəstəsi, onun yaxınları, həkimlər və heyət üzvləri olub. Hadisənin səbəbləri araşdırılır.

Elvin İsmayılzadə

Share