Estoniyada koronavirusa yoluxanların sayı 679 nəfərə çatıb

29.03.2020 Off By Füzuli İsmayılov

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 34 nəfər artaraq 679-a çatıb.

Hakimiyyet.com AzərTac-a istinadən xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 10400 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, bu günə qədər ölkədə koronavirusdan 3 ölüm faktı qeydə alınıb.

Share