Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır

20.01.2022 Off By Füzuli İsmayılov

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,72 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin məlumatına əsasən 2021-ci ildə bu göstərici 0,7 milyon barel/sutkaya bərabər idi.

Agentliyin proqnozlarına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,71 milyon barel/sutka, ikinci və üçüncü rüblərində 0,72 milyon barel/sutka təşkil edəcək. Dördüncü rübün hasilatı ilə bağlı məlumat dərc edilməyib

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib./Trend

“HAKİMİYYƏT” qəzeti

Share