Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
21.01.2022Hakimiyyet.info.az xəbər verir ki,Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.
Bu barədə Toyvo Klaar “Twitter” səhifəsinə məlumat verib. O bildirib ki, səfəri fransalı həmkarları ilə birgə etməyi planlaşdırır.
“Brüssel görüşündən sonra Aİ-Fransa birgə səfəri çərçivəsində regiona qayıtmaqdan məmnunam. Səbirsizliklə yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərlikləri ilə görüşümüzü gözləyirik”, – deyə o bildirib.
“HAKİMİYYƏT” qəzeti











