Azərbaycanın Müdafiə naziri Türkiyəyə səfər edib

Azərbaycanın Müdafiə naziri Türkiyəyə səfər edib

01.02.2022 Off By Füzuli İsmayılov

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə işguzar səfərə yola düşüb.
Səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək.

“HAKİMİYYƏT” qəzeti

Share