Dövlət Xidməti: Hafiz Məmmədov 600 min manat vergi borcunu ödəyib

Dövlət Xidməti: Hafiz Məmmədov 600 min manat vergi borcunu ödəyib

01.02.2022 Off By Füzuli İsmayılov

Hafiz Məmmədov 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib.

Hakimiyyet.info.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“HAKİMİYYƏT” qəzeti

Share