Somalidə “əş-Şəbab” silahlıları Bulo Marer şəhərinə daxil olub

Somalidə “əş-Şəbab” silahlıları Bulo Marer şəhərinə daxil olub

01.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki,“Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo Marer şəhərinə daxil olub. Bu barədə “Goobjoog News” xəbər portalı bildirib.

Məlumata əsasən, hökumət bölmələri şəhər mərkəzindən kənara çəkilib və onun kənarında, Kambaridəki ordu bazasında cəmlənib. Orada, həmçinin Afrika İttifaqının Somalidəki Missiyasından (AMISOM) olan Uqanda kontingenti yerləşib.

Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələлш verilməyib. Bulo Marer Somalinin paytaxtı Moqadişudan 100 km cənubda yerləşir.

Share