Ukrayna tərəfi Rusiya ilə əsirlərin mübadiləsinin baş tutduğunu açıqlayıb
09.04.2022Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi əsasında Rusiya tərəfi ilə üçüncü əsir mübadiləsi baş tutub.
Trend-in məlumatına görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın baş nazirinin müavini İrina Vereşük yazıb.
“Prezident Zelenskinin göstərişi ilə bu gün üçüncü əsir mübadiləsi baş tutub. Biri qadın zabit olmaqla 12 hərbçimiz vətənə qayıdır. 9-u qadın olmaqla 14 mülki vətəndaşı da azad etdik. Toplam 26 insanımız”, – deyə İ.Vereşük bildirib.











