İsa Rüstəmov ağır atletika üzrə Azərbaycan çempionu olub

İsa Rüstəmov ağır atletika üzrə Azərbaycan çempionu olub

09.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, 9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında bu gün körpücük üzərinə son olaraq çəkisi 67 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 270 kq (125+145) çəkinin öhdəsindən gələn İsa Rüstəmov qızıl medala sahib çıxıb. Toplam 260 kq (115+145) nəticə ilə Ravin Alməmmədov ikinci, toplam 223 kq (100+123) nəticə ilə Rəhim Kazımov üçüncü yeri tutublar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

NAdıİlÖlkə/ŞəhərKlubÇəkiBirdənTəkanlaToplam
1.İsa Rüstəmov1999GoranboyZirvə66.00125145270
2.Ravin Alməmmədov2006QazaxUGİM66.50115145260
3.Rəhim Kazımov2004XırdalanZirvə65.90100123223
4.Fuad Həsənov2003LənkəranUGİM62.30100118218
5.Çingiz Abdullazadə2004LənkəranTəhsil65.2097117214
6.Heydər Yusifov2004GoranboyTəhsil64.20100110210
7.Nihat Vəliyev2006GəncəTəhsil64.6088105193
8.Kənan Rəhimov2004GəncəADAU64.0085106191
9.Nəcəf Nəcəfov2006QobustanUGİM65.7079110189
10.Dilavər Süleymanov2006BakıZirvə66.1077103180
11.Vüsət Quliyev2004SumqayıtMOİK65.908095175
12Fərid Mərdanov2006SumqayıtZirvə65.407993172
13.Xəyal Babayev2007BakıTəhsil69.207585160
14.Məmməd Əhmədzadə2007XırdalanZirvə66.207286158
15.Fərid Bağırov1997BakıMOİK65.6090––
16.Məhəmməd Həsənov2006GəncəTəhsil
Share