Kriminal Nyu-Yorkda yenə silahlı şəxs insanları güllələyib, 13 yaralı var
12.04.2022Hakimiyyet.info.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində metro stansiyalarının birində silahlı şəxs ətrafdakı insanları güllələyib.
Hadisə nəticəsində azı 13 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu deyilir.
İnsident şəhərin Bruklin rayonunda qeydə alınıb. Hadisədən sonra metroda hərəkət dayandırılıb.
Polis bölgəni nəzarətə alıb.











