Nazirlər kabinetindən yeni qərar: PCR testinin tələbi ləğv olundu

Nazirlər kabinetindən yeni qərar: PCR testinin tələbi ləğv olundu

14.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Share